BDU-da iki elektron tədris auditoriyası istifadəyə verilib

BDU-da iki elektron tədris auditoriyası istifadəyə verilib Bakı Dövlət Universitetində (BDU) iki yeni elektron tədris auditoriyası istifadəyə verilib.

Açılış mərasimində çıxış edən rektor Elçin Babayev son zamanlar BDU-da rəqəmsallaşma istiqamətində mühüm addımların atıldığını bildirib.

O qeyd edib ki, elektron tədris auditoriyalarının istifadəyə verilməsi BDU-da tədris prosesinin elektron idarəedilməsi istiqamətində olan işlərdən biridir. 100-dək ən müasir kompüterlə təchiz olunan auditoriyalarda müxtəlif dərslər və imtahanlar keçiriləcək. Yaxın zamanlarda BDU-da belə otaqların sayının daha da artırılması nəzərdə tutulur.

Rektor diqqətə çatdırıb ki, BDU-da elektron sənəd dövriyyəsi də artıq başa çatdırılıb: “Elektronlaşma günün tələblərindən biridir. BDU-da elektron kadr sistemi üzərində də işlər bitmək üzrədir. BDU-nun yeni saytı da artıq hazırdır, yaxın zamanlarda istifadəyə veriləcək”.

Tehsil-press.az

Oxşar xəbərlər