Azərbaycanlı qız həyatını itirdi

Azərbaycanlı qız həyatını itirdi Gürcüstanda azərbaycanlı qız yol qəzasında həlak olub.

Hadisə dünən Qardabani rayonunda baş verib.

Məlumata görə, ötən gün Qardabani rayonunda 1992-ci il təvəllüdlü M.M. adlı şəxs alkoqollu içkinin təsiri altında idarə etdiyi avtomobillə 2007-ci il təvəllüdlü Aidə Qurbanovanı vurub. Aldığı xəsarətlərdən gənc qız hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları sürücünü yol qəzasından sonra “isti izlər”lə saxlayıblar.

Faktla bağlı istintaq aparılır. Törədilmiş cinayət əməlinə görə 7 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər