Ceyhun Bayramov ABŞ-a getdi

Ceyhun Bayramov ABŞ-a getdi Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında iştirak məqsədilə ABŞ-ın Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyasının 79-cu sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur./Axar.az

Tehsil-press.az

Oxşar xəbərlər