Blinken Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasından danışıb

Blinken Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasından danışıb ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasından danışıb. SİA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla üçtərəfli görüşdə bəhs edib.
“Güclü, davamlı diplomatik əlaqə hamı üçün ən yaxşı yoldur. Fikrimcə, fikir ayrılıqlarını diplomatiya yolu ilə həll edən davamlı sülhə aparan yol var. Birləşmiş Ştatlar bu səyləri dəstəkləmək üçün mümkün olan hər şeyi etməyə hazırdır”, - Blinken deyib.
Onun sözlərinə görə, hər iki liderlə (Azərbaycan və Ermənistan - red.) telefon danışığında onlar sülhə hazır olduqlarını bəyan ediblər.
Qeyd edək ki, Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinken, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar keçirilib.
Görüş rəsmi Vaşinqtonun təşəbbüsü ilə təşkil edilib.
Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərindədir.

Tehsil-press.az


Oxşar xəbərlər