“Müqavilə üzərində iş aparılır. Lakin Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsi hələ imzalanmağa hazır deyil”.
Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
Qeyd edək ki, iyulun 24-də xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində, 25 iyul tarixində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.
Tehsil-press.az