Aqrar Xidmətlər Agentliyində yanğın təhlükəsizliyi ilə bağlı təlim keçirilib

Aqrar Xidmətlər Agentliyində yanğın təhlükəsizliyi ilə bağlı təlim keçirilib Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əməyin mühafizəsi təlimatına uyğun olaraq Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi (ASİHİB) tərəfindən təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı müntəzəm tədbirlər davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin inzibati binasında yanğın təhlükəsizliyi ilə bağlı təlim keçirilib. Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin Baş texniki əmək müfəttişi Ramiz Hacıyev təlimdə avtomatik qurğular, ilkin yağın söndürmə vasitələrindən istifadə, təxliyyə barədə Agentlik əməkdaşlarına ətraflı məlumat verib. Həmçinin, əməkdaşlara yanğın təhlükəsizliyinə dair qüvvədə olan qanunvericiliklə bağlı təqdimatlar keçirilib, yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə əməkdaşların məsuliyyət və öhdəlikləri izah olunub.

Agentlyin əməkdaşları üçün “yanğın təhlükəsizliyi” mövzusunda təşkil olunan təlimlər 1 həftə ərzində davam edəcək. Təlimlərdə ümumilikdə 250 əməkdaşın iştirakı nəzəri tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər