Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində “Fövqaladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda tədbir keçirilib

Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində “Fövqaladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda tədbir keçirilib Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində “Fövqaladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda tədbir keçirilib.
Tədbirdə FHN Sumqayıt Regional Mərkəzin əməkdaşları Emin Ramazanov, Samir Məmmədov, Qorxmaz Həsənov, Şahin Məmmədov “Zəlzələ zamanı necə davranmalı”, “Odsöndürən balonlardan istifadə”, “Məişətdə yanğın zamanı davranış qaydaları” və s. haqqında geniş məlumat veriblər.
Daha sonra mövzularla əlaqədar videoçarx nümayiş olunub, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylanılıb.
Sonda Bülbül adına uşaq incəsənət məktəbinin direktoru Lətafət Müfidzadə çıxış edərək FHN Sumqayıt Regional Mərkəzin təhsil ocaqlarında maarifləndirmə məqsədilə mütəmadi olaraq keçirdiyi tədbirləri yüksək qiymətləndirib, FHN əməkdaşlarına təşəkkür edib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində “Fövqaladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda tədbir keçirilibSumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində “Fövqaladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda tədbir keçirilib

Oxşar xəbərlər