“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 2019-cu il üçün yanğına qarşı profilaktik tədbirlər planına əsasən, aprelin 9-da Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbə yataqxanasında yanğın təhlükəsizliyinə dair təlim keçirilib. Təlimin təşkilində məqsəd tələbələrin yanğın təhlükəsizliyi ilə bağlı nəzəri və praktiki biliklərinin yoxlanılması olub.
Təlimə Akademiyanın ümumi işlər üzrə prorektoru Ə.Quliyev start verərək, yanğın zamanı zəruri tədbirlər, təhlükəsizliyin təmin olunması üçün davranış qaydaları və s. barədə tələbələrə geniş məlumat verib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yanğın təhlükəsizliyi üzrə aparıcı mühəndisi E.Bayramov, Akademiyanın Mülki müdafiə üzrə mütəxəssisi A.Babaşov və Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis T.Əliyev tələbələri ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları haqqında təlimatlandırıblar. Sonda sərti yanğın məlumatına əsasən tələbələrin yanğın zamanı davranış qaydalarına riayət səviyyələrinin yoxlanılması məqsədilə praktiki təlim keçirilib.

ADDA-nın Mətbuat Xidməti