Xaçmazda qaz sızması nəticəsində partlayış baş verib, 1 nəfər xəsarət alıb

Xaçmazda qaz sızması nəticəsində partlayış baş verib, 1 nəfər xəsarət alıb Xaçmaz rayonu, Xudat şəhərində xəstəxananın ərazisində təmirə dayanmış ümumi sahəsi 35 kv.m olan birmərtəbəli stomatoloji şöbədə qaz sızması nəticəsində partlayış baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə zamanı 1 nəfər xəsarət alıb. Yanğın hadisəsi baş vermədi. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

tehsil-press.az

Oxşar xəbərlər