Ağcabədidə təşkil olunan imtahanda 107 abituriyent iştirak edib

Ağcabədidə təşkil olunan imtahanda 107 abituriyent iştirak edib Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 1-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirib. İmtahan respublikanın 10 şəhər və rayonunda ümumilikdə 20 binada təşkil olunub.

TQDK-nın Ağcabədi regional bölməsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Samir Əliyev AZƏRTAC-a bildirib ki, Ağcabədi şəhərində keçirilən imtahanda 107 nəfər abituriyent iştirak edib. Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilib. İmtahan nəzərdə tutulan vaxtda, saat 13:00-da başlayıb və heç bir qayda pozuntusu olmadan uğurla başa çatıb.
Təhlükəsizliyin təminatı məqsədilə imtahan keçirilən binaya polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub.
Qeyd edək ki, hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar ümumi nəticəyə təsir göstərmir. Abituriyentin qəbul imtahanlarına buraxılması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
“Qeyri-məqbul” qiymət alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2016-cı il iyunun 12-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər