Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti tədris ili üçün ali məktəblərə qəbul planının hazırlanması ilə bağlı verdiyi təkliflərdə müəyyən texnoloji, texniki ixtisaslarda Azərbaycan və rus bölmələri üzrə birgə müsabiqənin aparılmasını təklif edib. Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Əliyev deyib.
Onun sözlərinə görə, növbəti tədris ili üçün qəbul planı ilə bağlı təkliflər artıq Təhsil Nazirliyinə təqdim edilib. N.Əliyev hazırlanan təkliflərin abituriyentlərin istəklərinə əsaslandığını da söyləyib: "Biz uzun illərdir abituriyentlərin hansı ixtisasları daha çox seçməsini, ayrı-ayrı təhsil müəssisələrini seçən kontingentin nə qədər olmasını müşahidə edirik. Bunları nəzərə alaraq təklif edirik ki, müəyyən texnoloji, texniki ixtisaslarda Azərbaycan və rus bölmələri üzrə birgə müsabiqə aparılsın".
N.Əliyev bildirib ki, bu halda daha yaxşı müsabiqə vəziyyəti yaranar və bölməsindən asılı olmayaraq, daha hazırlıqlı abituriyentlər ali təhsil müəssisələrinə qəbul olunarlar: "Lakin təbii ki, rus dili və ədəbiyyatı ixtisası üzrə qəbul yalnız rus dilində aparılmalıdır. Müəyyən ali təhsil müəssisələri var ki, onların ixtisasları üzrə plan yerləri dolmur. Həmin ixtisaslarla bağlı hansı dəyişikliyin aparılmasının vacibliyi barəsində də təkliflər vermişik. Doğrudur, əmək bazarı üzrə tələbatı biz müəyyən etmirik. Müəyyən ixtisaslar üzrə təqdim olunan plan yerlərinin sayının azaldılması təklif oluna bilər. Amma tam olaraq, hansısa ixtisasa qəbulu dayandırmaq, "Bizdə iş tapa bilməyən həkimlərin sayı çox olduğu üçün gəlin, 10 il Tibb Universitetinə qəbul aparmayaq" kimi qərarın verilməsi tamamilə səhv ola bilər. Hansısa ixtisasa qəbul dayandırılarsa, bundan sonra bütün mütəxəssislərin özlərinə iş tapacağını düşünmək, düzgün yanaşma deyil. Başlıca məqsəd optimal sayda, daha keyfiyyətli, müasir dövrün və əmək bazarının tələblərinə cavab verən, çevik və rəqabətə qabil mütəxəssislər hazırlamaqdan ibarət olmalıdır".
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın bazasında Dövlət İmtahan Mərkəzi yaradılıb. Mərkəzin Direktorlar Şurasının sədri buna qədər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri olmuş Məleykə Abbaszadə təyin edilib. M.Abbaszadə Trend-ə bildirmişdi ki, bir sıra hüquqi prosedurlar yerinə yetiriləndən sonra TQDK öz fəaliyyətini dayandıracaq. Hazırda isə TQDK elə əvvəl olduğu kimi, fəaliyyətini davam etdirir.
tehsil-press.az