Yol polisinin 17 mayor və kapitanı işdən qovuldu

Yol polisinin 17 mayor və kapitanı işdən qovuldu Rusiyanın Sankt-Peterburq şəhərində İnqilab şossesində yol polisinin 17 mayor və kapitanı işdən qovulub.

Tehsil-press.az Lent.az-a istinadla bildirir ki, işdən çıxarılanların hamısına intizam və xidməti göstərişlərin pozulması, “praktiki imtahanların keçirilməsi prosesinin audio və videoçəkilişlə düzgün qeyd olunmaması, məlumatların ötürülməsi, qeydə alınması, saxlanılması və əldə edilməsi üçün zəruri tədbirlərin görülməməsi ilə bağlı ittiham irəli sürülüb.

Reqlamentə görə, yazı imtahandan sonra bir gündən gec olmayaraq köçürülməlidir və işdən çıxarılmağa məhz bu pozuntu səbəb olub.

Tehsil-press.az

Oxşar xəbərlər