Səfər Mehdiyevin işdən çıxardığı rəis nazirin əmisi oğludur

Səfər Mehdiyevin işdən çıxardığı rəis nazirin əmisi oğludur Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin işdən çıxardığı “Qırmızı körpü” gömrük postunun rəisinin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin yaxın qohumu olduğu məlum olub.
Gömrük postunun sabiq rəisi Rəşad Babayev S. Babayevin əmisi oğludur.
Qeyd edək ki, R. Babayevin vəzifədən azad edilməsinə Azərbaycan vətəndaşı Xanım Şabanova ilə bağlı yaranmış insident səbəb olub. Vətəndaşın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişləri tələb olunub. Və bununla bağlı vəziyyət araşdırılıb və post rəisi işdən azad olunub.

Tehsil-press.az

Oxşar xəbərlər