O da tibb işçisi deyilmiş - Rəsmi

O da tibb işçisi deyilmiş - Rəsmi Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin apardığı yoxlamalar nəticəsində özünü estetik cərrah kimi təqdim edən bir neçə həkimin bu icazəsinin olmadığı üzə çıxıb.

Məlumatda özəl klinikada həkimlərin qanunsuz cərrahiyyə əməliyyatı ilə məşğul olması da yer alıb.

Bildirilib ki, bəzi həkimlər sertifikasiyası prosesindən keçməyib.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən özəl müəssisədə aparılan yoxlamalar zamanı inzibati xəta üzrə aşkar edilən faktlar əsasında inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib.

Bəzi həkimlərin tibb kadrlarının vahid məlumat reyestrində tibb işçisi kimi qeydiyyatda olmadığı, həmçinin yoxlama zamanı klinikanın işçi heyətinin siyahısında rast gəlinmədiyi müəyyən edilib və özəl müəssisə barəsində müvafiq qaydada inzibati tənbeh tədbiri seçilib.

Tehsil-press.az


Oxşar xəbərlər