Elektrik mühərrikli avtobuslar bu gündən xəttə buraxılıb.
Gündəlik təxminən 650 min nəfərdən artıq sərnişin yeni və müasir avtobuslardan istifadə edəcək. Çin istehsalı olan elektrik mühərrikli "BYD" markalı bu avtobuslar 160 ədəddir.
"Avro-6" standartlarına uyğun olan bu nəqliyyat vasitələrinin enerjidoldurma müddəti 30 dəqiqədir. Yalnız elektrik mühərriki ilə 130 kilometr, qoşulmuş benzin generatorla isə 600 kilometr məsafə qət etmək imkanına malikdir. Nəqliyyat vasitəsi, həmçinin təcili əyləc, təkərlərin təziqinə nəzarət təchizatı, yol nişanlarını tanıma kimi müasir təhlükəsizlik sistemləri ilə təchiz olunub. Sərnişin tutumu daha çox olan bu ekobuslarda şar aparatlarının sayı da çoxdur. Həmçinin, bu avtobuslarda təhlükəsizlik kameralarının sayı digər ictimai nəqliyyat vasitələrindən fərqlidir.
"BakuBus" MMC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Əsmər Əliyeva bildirib ki, elektrikli avtobuslar təmsil etdiyi şirkətə məxsus marşrut xətlərində fəaliyyət göstərəcək. Bu avtomobillər üçün müasir qaraj infrastrukturu da yaradılıb. Qaraj sərnişinlərə yüksək keyfiyyət təqdim etmək üçün yüksək şəraitə malikdir. Məlumata əsasən, 25 noyabr tarixindən etibarən 1, 5, 14, 21, 88A nömrəli marşrut xətləri üzrə BYD markalı avtobuslar fəaliyyət göstərəcəkdir.
Nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, bu avtobuslar sayəsində ətraf mühit daha yaxşı qorunacaq. Ən son texnologiyalarla təmin olunan bu avtobuslar ekologiyanın dostu olmaqla yanaşı daha qənaətcildir. Bu avtobuslar zəhərli qazları atmosferə göndərmir, digər nəqliyyat vasitələrinə nisbətən daha sakit işləyir. 2024-cü il istehsalı olan bu avtobusların istismar müddəti 15 ildir.
Tehsil-press.az