Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR! - VİDEO

Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR! - VİDEO Yasamal Rayon Məhkəməsində Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə eks-baş bankir, hazırda baş nazirin müavini olan Elman Rüstəmovun adı hallanan məhkəmə prosesi uzun fasilədən sonra yenidən davam etdiriləcək.

Noyabrın 27-nə təyin olunan prosesə Elman Rüstəmovun və Mərkəzi Bankın indiki rəhbərliyinin təzyiq göstərmələri iddiaları da var.

Məhkəmədə baxılan işin mahiyyəti budur ki, Elman Rüstəmov Mərkəzi Bankın sədri olarkən, 2013-cü ildə “Premium Bank” və “DekaBank”a istehlak krediti olaraq 5 milyon manat kredit verib. Məsələ burasındadır ki, bu kredit verilərkən Azərbaycan vətəndaşı Nizami Kərimovun əmlakı ondan xəbərsiz girov qoyulub!

Vətəndaş Nizami Kərimov bu qanunsuzluqdan 6 il sonra xəbər tutub. Bundan sonra Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Nizami Kərimovun əmlakı satın aldığı “Aqana Servis” Elman Rüstəmovun tikinti şirkətlərindən biridir. Şirkəti oliqarx bankirin şəriki Azad Nağıyev idarə edib.

Elə bu dələduzluq işinə görə Azad Nağıyev həbsə alınıb. Cəzaçəkmə müəssisəsindən Yasamal Məhkəməsinin hakimi Ayşən Sultanova-Məmmədovaya məktubla müraciət edən Azad Nağıyev yazıb ki, banklardan ona istehlak krediti adı ilə verilən pulları aldıqdan sonra Mərkəzi Bankın sədri olan Elman Rüstəmova ötürüb.

Eyni zamanda Nizami Kərimova məxsus əmlakla bağlı məsələyə aydınlıq gətirən Azad Nağıyev vətəndaşa məxsus əmlakı Elman Rüstəmovun göstərişi ilə sənədləri saxtalaşdırmaqla girov qoyduğunu da açıqlayıb.

Bu iş üzrə 3 il öncə Nizami Kərimovun iddiası əsasında Nəsimi Rayon Məhkəməsində hakim Natəvan Tağıyevanın sədrliyi ilə araşdırma aparılıb. 2021-ci ilin 3 sentyabr tarixində Nəsimi Məhkəməsi Nizami Kərimovun iddiasını təmin edib. Çıxarılan qətnamə ilə Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, L.İmanov küçəsi, ev 5 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının 11 oktyabr 2013-cü il tarixli və “Premium Bank”a 24.10.2013-cü il tarixli müraciətlərinə əsasən qeydə alınmış ipoteka yüklülüklərinə xitam verilməyib.

Faktiki olaraq kreditin cinayət yolu ilə götürülməsi çıxarılan qətnamə ilə sübut olunub. Elman Rüstəmovun şəriki Azad Nağıyev bu cinayətə görə uzunmüddətli həbsə məhkum olunub. Buna baxmayaraq, Elman Rüstəmov və Mərkəzi Bankın indiki rəhbərliyi Yasamal Rayon Məhkəməsinə təzyiq göstərməklə vətəndaş Nizami Kərimovun əmlakının satışa çıxarılmasına yol açacaq qərar verilməsinə nail olmağa çalışırlar. Bu isə hər bir vətəndaşın mülkiyyət hüququ üçün real təhlükə, əcəl zəngidir.



Tehsil-press.az


Oxşar xəbərlər