Elman Rüstəmov: Azərbaycanda uçot dərəcəsinə təkrar baxılacaq

Elman Rüstəmov: Azərbaycanda uçot dərəcəsinə təkrar baxılacaq Azərbaycan Mərkəzi Bankı (AMB) iyun ayının ortalarında uçot dərəcəsinə təkrar baxılması məsələsini müzakirə etməyi planlaşdırır.

Təhsil-press.az-ın məlumatına görə, bunu jurnalistlərə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, may ayında keçirilmiş monitorinq göstərib ki, inflyasiya azalmaqda davam edir:
“Bu vəziyyətdə uçot dərəcəsinin yumşaldılması məsələsi aktuallaşır. İyunun ortalarında AMB-nin İdarə Heyətinin iclasında bu məsələnin müzakirə olunması gözlənilir”.
AMB rəhbəri həmçinin, istehlak qiymətləri indeksi ilə bağlı vəziyyətin yaxşılaşdığını vurğulayıb:
“Biz inflyasiyanın dinamikasını izləyirik və müsbət prosesləri müşahidə edirik. 2017-ci ilin ilk dörd ayı ərzində inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə daha az olub”.

Təhsil-press.az

Oxşar xəbərlər