İngiltərə mərkəzli “Resonance” və tədqiqat şirkəti “Ipsos” tərəfindən hazırlanan “2025 Dünyanın ən yaxşı şəhərləri” hesabatı şəhərləri yaşayış keyfiyyəti, cazibədarlıq və rifah səviyyəsinə görə sıralayıb.
London ardıcıl 10-cu dəfə birinci yeri tutaraq qlobal cazibəsini bir daha təsdiqləyib.
Hesabatda şəhərlər 55 müxtəlif kriteriya üzrə qiymətləndirilib. Bu kriteriyalar arasında yaşayış keyfiyyəti, mədəni cazibə, iqtisadi imkanlar, infrastruktur, təhlükəsizlik və davamlılıq kimi göstəricilər yer alıb. Siyahı 30 ölkədən 22 min nəfərin iştirakı ilə aparılan sorğu nəticələrinə əsaslanaraq tərtib edilib.
Siyahının ilk 9 sırasında Avropadan 6 şəhər yer alıb. Ən yaxşı şəhərlər aşağıdakılardır:
1. London
2. Nyu-York
3. Paris
4. Tokio
5. Sinqapur
6. Roma
7. Madrid
8. Barselona
9. Berlin
Bakı siyahıda yer almayıb
Təəssüf ki, Bakı şəhəri builki “Dünyanın ən yaxşı şəhərləri” siyahısında yer almayıb. Bu, şəhərimizin beynəlxalq miqyasda tanınması və rəqabət qabiliyyətinin artırılması üçün daha çox səy göstərməyin vacibliyini göstərir.
İstanbul isə siyahıda 28-ci sırada qərarlaşaraq qlobal cazibəsini qoruyub. Şəhər mədəni zənginlikləri və iqtisadi potensialı ilə seçilsə də, daha yüksək mövqelərə yüksəlmək üçün infrastruktur və yaşam keyfiyyəti sahələrində inkişaf etməlidir.
Bu hesabat şəhərlərin qlobal miqyasda rəqabət gücünü və gələcəkdə daha da yaxşılaşmaq üçün hansı sahələrdə işləməli olduğunu göstərir.
Tehsil-press.az