"Azərbaycan Hava Yolları" QSC (AZAL) növbəti dəfə dünyanın 100 ən yaxşı aviaşirkətinin siyahısına düşüb və 58-ci yeri tutub.
Xatırladaq ki, ənənəvi reytinq cədvəlini Böyük Britaniyanın "Skytrax" konsaltinq şirkəti tərtib edib. Siyahıda MDB ölkələrindən Azərbaycanla yanaşı, Rusiyanın və Qazaxıstanın milli aviadaşıyıcıları da yer alıb. "Aeroflot" 23-cü yerdə, "Air Astana" isə 48-ci yerdə qərarlaşıb.
Dünyanın ən yaxşı aviaşirkəti isə "Singapore Airlines" olub. Növbəti yerləri "Qatar Airways" və "ANA All Nippon Airlines" (Yaponiya) tutub. "Türk Hava Yolları" şirkəti isə siyahıda 18-ci olub.
Tehsil-press.az