Əsəd rejimi məhbuslar qarşısında geri çəkildi

Əsəd rejimi məhbuslar qarşısında geri çəkildi Əsəd rejimi Hama şəhər həbsxanasında iki gündür üsyan edən məhbuslarla razılığa gəlib.

Tehsil-press.az-a istinadən bildirir ki, razılıq əsasında 200 məhbus azadlığa buraxılacaq. 34 məhbusun artıq azad olunduğu bildirilir. Suriyanın müxtəlif rayonlarına göndərilmələri üçün məhbuslar Qırmızı Xaç Təşkilatına veriliblər. Mənbə bildirir ki, məhbuslar hələ də əllərində bir polkovniki və 5 əməkdaşı əsir saxlayırlar. Onların əvəzində 166 məhbusun azadlığı tələb olunur. Razılaşmaya əsasən, ölüm cəzasına məhkum olunmuş 5 siyasi məhbus edam olunmayacaq. Üsyana səbəb də bu şəxslərin həbsi göstərilir. Hama həbsxanasında ümumilikdə 1000 məhbus saxlanılır.


Tehsil-press.az

Oxşar xəbərlər