IDEA və Təhsil Nazirliyi gənc məktəblilər üçün ekoloji tədris proqramını davam etdirir

IDEA və Təhsil Nazirliyi gənc məktəblilər üçün ekoloji tədris proqramını davam etdirir IDEA İctimai Birliyi ilə Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi məktəblərdə ekoloji maarifləndirilmənin daha da gücləndirilməsi, insanların ətraf mühit problemlərinin həllinə erkən yaşlarından cəlb edilməsi məqsədilə başladığı “Ətraf mühiti birgə qoruyaq” mövzusunda ekoloji tədris proqramını davam etdirir.
İctimai Birlikdən Tehsil-press.az-a bildirilib ki, proqramın aprel ayı təlimləri “Bioetika, bionika və biotexnologiya” mövzusuna həsr olunub. Təlimlər Respublika Humanitar Fənlər Gimnaziyası, Elitar Gimnaziya və 46 nömrəli orta məktəbin ekoklublarında təşkil edilib.
Təlimin nəzəri hissəsində şagirdlərə bioetikanın əsas prinsipləri, ətraf mühitə, xüsusilə də heyvanlara qarşı düzgün davranış qaydaları, hibridləşmə, geni modifikasiya olunmuş məhsullar və antibiotiklərlə bağlı geniş məlumat verilib. Praktiki iş zamanı isə məktəblilər interaktiv çalışma və təcrübələr, qrup şəklində iş, krossvord və testlərin həlli, o cümlədən viktorinalara cəlb olunublar.
Ümumiyyətlə, 2016-cı il ərzində “Ətraf mühiti birgə qoruyaq” proqramı çərçivəsində Bakı şəhəri üzrə digər pilot orta məktəblərdə fəaliyyət göstərən ekoklub üzvləri üçün də ekologiyanın əsasları, bitkilərin və heyvanların ekologiyası, insan ekologiyası, urboekologiya və ya gələcəyin şəhərləri, iqlim dəyişmələri, alternativ enerji, biomüxtəliflik və onun qorunması, meşə ekologiyası, ekoloji yaşıl turizm və s. kimi mövzularda təlimlərin təşkil edilməsi nəzərdə tutulub.


IDEA və Təhsil Nazirliyi gənc məktəblilər üçün ekoloji tədris proqramını davam etdirir

Tehsil-press.az

Oxşar xəbərlər