“Bir” tələbə - könüllü proqramı çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) tələbə, müəllim və əməkdaşların iştirakı ilə “Ekoloji aksiya” kerçirilib. 300-dən çox tələbənin qatıldığı aksiyada məqsəd ətraf mühitin qorunması və dövlətin ekoloji siyasətinə dəstək olmaqdır.
AzTU-da tehsil-press.az-a bildirilib ki, aksiya çərçivəsində 300 ağacın gövdəsi əhənglə ağardılıb və təxminən 2 hektara yaxın ərazi tikinti tulantılarından təmizlənib. Bununla yanaşı tələbələr universitetin həyətində 50 ədəd sərv ağacı da əkiblər.
Qeyd edək ki, proqramı tələbələrin asudə vaxtlarının səmərəli təşkil edilməsi, onların müxtəlif tədbir və təlimlərdə iştirakının təmin edilməsini nəzərdə tutan bir layihədir. Proqramın 6 istiqaməti var : “Öyrən”, “Öyrət”, “Yaşa”, “Yaşat”, “Kəşf et” və “Zövq al”.
Tələbələrin Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən ali təhsil müəsisələrində həyata keçirdiyi “Ekoloji aksiya” proqramının “Yaşa” istiqamətinə əsasən realaşdırılır.
tehsil-press.az