Deputatdan Naxçıvanla bağlı çağırışı: “Ehtiyac var”

Deputatdan Naxçıvanla bağlı çağırışı: “Ehtiyac var” “Prezident İlham Əliyev 2025-ci ildə Naxçıvanda yeni istilik elektrik stansiyasının tikilməsi ilə bağlı sərəncam imzaladı. Bunun üçün təşəkkür edirik. Lakin seçiciləri düşündürən məsələlər var. Onlardan biri də qaz təchizatı ilə bağlıdır. Prezidentin bu istiqamətdəki qərarına əsasən Türkiyədən ikinci xətt vasitəsilə Naxçıvanın qazla təmin edilməsinə qərar verildi. Lakin qiymətlər və limit məsələsində problemlər var”.

Bu fikirləri Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, Naxçıvan Muxtar Respublikası, dağətəyi və dağlıq rayonlar daha çox diqqətdə saxlanılmalıdır:

“Bu ərazilərə yanaşma digər Aran, Mil-Muğandan fərqli olmalıdır. Çünki oralarda qış uzun davam edir, şaxta 4-5 dərəcədən başlayır. Belə olan halda istiliyə ehtiyac yaranır.

Blokadaların və digər nüansların nəzərə alınması ilə həmin ərazilərə limitlərin tətbiqinə ehtiyac var. Gələcək qanunvericilikdə bu məsələnin diqqətdə saxlanılmasını xahiş edirəm”.

Tehsil-press.az

Oxşar xəbərlər