Tərtərdə ağır qəza: yaralılar var

Tərtərdə ağır qəza: yaralılar var Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Borsunlu-Hindarx yolunun Tərtər rayon Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan "Mersedes" və "Mitsubişi" markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar Bərdə və Tərtər rayon xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər