Doğum tarixi insan taleyini müəyyənləşdirir - ASTROLOJİ YANAŞMA

Doğum tarixi insan taleyini müəyyənləşdirir - ASTROLOJİ YANAŞMA Doğum tarixinin insanın taleyinə təsiri uzun illərdir müzakirə olunur. Astroloji yanaşmalar bir yana, elm bu məsələyə daha fərqli prizmadan baxır.

Aparılan elmi araşdırmalara əsasən, doğum gününün və doğulduğumuz ayın həyatımıza dolayı, lakin ölçülə bilən təsirləri mövcuddur. Araşdırmalara görə, doğum tarixi xüsusilə uşaqlıq və yeniyetməlik dövründə akademik və sosial inkişafda rol oynaya bilər. “Relative Age Effect” adlanan elmi fenomenə əsasən, məktəbə qəbul zamanı yaşca böyük olan uşaqlar daha yüksək özünəinam, liderlik bacarığı və akademik üstünlük qazana bilirlər. Bu təsir zamanla azalsa da, bəzi hallarda peşə seçiminə və karyera yoluna qədər uzana bilir. Bildirilir ki, doğulduğumuz ay sağlamlıq baxımından da müəyyən fərqlər yarada bilər.

Mövsüm amilləri günəş işığı, D vitamini səviyyəsi, temperatur və infeksiyalara məruz qalma riski gələcəkdə metabolik və immun sisteminə təsir göstərə bilər. Lakin alimlər bunun birbaşa “doğum gününün gücü” ilə deyil, ətraf mühit faktorları ilə bağlı olduğunu vurğulayırlar. Psixoloji baxımdan isə doğum günləri insan üçün xüsusi “dəyərləndirmə nöqtəsi” rolunu oynayır. Tədqiqatlar göstərir ki, insanlar xüsusilə 30, 40, 50 kimi mərhələ yaşlarına çatanda həyatlarını daha çox analiz edir, məqsəd və nailiyyətlərini yenidən gözdən keçirirlər. Bu proses bəzi hallarda motivasiya yaratsa da, digərlərində stress və narahatlıqla müşayiət oluna bilər. Psixologiyada bu hal “birthday blues”- doğum günü kədəri kimi tanınır.

Bəzi statistik müşahidələr isə maraqlı faktları üzə çıxarır. Araşdırmalara əsasən, bəzi ölkələrdə doğum günlərinə yaxın dövrdə qəza və sağlamlıqla bağlı risklərin artdığı qeydə alınıb. Bunu emosional gərginlik, qeyd etmə zamanı riskli davranışlar və psixoloji faktorlarla əlaqələndirirlər. Qeyd edək ki, ümumi qənaətinə görə, doğum gününün insanın taleyini birbaşa müəyyən etməsi elmi cəhətdən sübut olunmayıb. Lakin doğulduğumuz zaman, mövsüm və sosial şərait həyat yolumuza dolayı təsir göstərə bilər.

Tehsil-press.az

Oxşar xəbərlər