Prezidentin tapşırıqlarına əsasən şəhid ailələrinə və yaralılara böyük qayğı göstərilir - Deputat

Prezidentin tapşırıqlarına əsasən şəhid ailələrinə və yaralılara böyük qayğı göstərilir - Deputat Azərbaycanda qanunvericilikdə şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması üçün bir sıra məsələlər nəzərə alınıb, amma zaman keçib, Azərbaycan dövlətinin iqtisadi gücü, büdcəsi artıb, ona görə də bu məsələlərə yenidən baxılması tamamilə mümkündür.
A.Mirzəzadə hesab edir ki, dövlətin iqtisadi gücü artıqca bu məsələlər diqqətdə saxlanılmalıdır.
Deputat bildirib ki, Prezdient İlham Əliyev də bir neçə dəfə şəhid ailələrinə, yaralılara, müharibə iştirakçılarına dövlətin diqqətinin artırılacağını vurğulayıb:
“Azərbaycan dövləti ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini çox əziz tutur, onların ailəsinə qayğı göstərir. “Prezident İlham Əliyev də bir müddət əvvəl müharibədə yaralananlarla görüşündə bildirib ki, şəhid ailələri, yaralananlar, müharibə iştirakçıları birbaşa onun şəxsi nəzarətində olacaq. Elə indi də görürük ki, Prezidentin tapşırığını əsas götürərərək şəhid ailələrinə və yaralılara, vaxtından əvvəl tərxis olunub gələn hərbçilərə böyük qayğı göstərilir. O qayğı bundan sonra daim artacaq”.
Deputat qeyd edib ki, dövlət qayğısı onların maddi problemlərinin həllində, adlarının əbədiləşdirilməsində görünəcək: “Prezidentin imzaladığı sərəncamla Azərbaycanda “Vətən müharibəsi” abidə kompleksi və “Zəfər” muzeyi yaradılacaq. Bu da Vətən müharibəsi ilə bağlı bütün məsələlərin indiki və sonrakı nəsillərə bütün qabarıqlığı ilə çatdırılmasına xidmət edəcək. Şəhid olan hər bir vətəndaşımızın xatirəsi bizim üçün əzizdir. Bundan sonrakı siyasət də ərazi bütövlüyümüz qorunmaqla hər bir vətəndaşımızın müdafiəsi uğrunda olacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər