Rusiya XİN-dən Bakının bəyanatına reaksiya

Rusiya XİN-dən Bakının bəyanatına reaksiya Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Rusiya vətəndaşlarına qarşı məhdudiyyətlər tətbiq etmək bəyanatına münasibət bildirib.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

“Bu cür dəyişikliklər etmək Bakının hüququdur”, - o bildirib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, yaxın vaxtlarda Azərbaycanda Rusiya vətəndaşlarının qalma qaydaları dəyişdiriləcək. O əlavə edib ki, bu qərar əcnəbilərin Rusiyada qalma qaydalarına edilən dəyişikliklərlə bağlıdır.

Tehsil-press.az

Oxşar xəbərlər