Lavrov Bakıya gəlir

Lavrov Bakıya gəlir Rusiya xarici işlər naziri SerBu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“Mövcud razılaşmalara uyğun olaraq Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri 5-6 may tarixlərində İrəvana və 10-11 may tarixlərində Bakıya səfər edəcək. Ermənistan və Azərbaycan rəhbərliyi ilə danışıqlar planlaşdırılır”,-deyə Zaxarova qeyd edib.
Təmaslar zamanı ikitərəfli və regional əməkdaşlıq məsələlərinin, habelə beynəlxalq aləmdə qarşılıqlı fəaliyyətin geniş spektrinin nəzərdən keçirilməsi gözlənilir.
Zaxarova vurğulayıb ki, danışıqlarda Dağlıq Qarabağla bağlı bəyanatlara xüsusi diqqət ayrılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər