6 bal gücündə zəlzələ oldu - Cənubi Sandviç adalarında

6 bal gücündə zəlzələ oldu - Cənubi Sandviç adalarında Cənubi Sendviç adalarının sahilində 6,2 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar Cənubi Georgiya və Cənubi Sendviç adaları akvatoriyasında qeydə alınıb. Yeraltı təkanların ocağı 78 km dərinlikdə yerləşib.

Təbii hadisədən sonra dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Tehsil-press.az

Oxşar xəbərlər