Ekvador yenə silkələndi

Ekvador yenə silkələndi Ekvador sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Tehsil-press.az RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla 20:24-də qeydə alınıb. Zəlzələnin episentri Muisne şəhərindən 26 km qərbdə yerləşib, ocağı isə 10 km dərinlikdə olub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. Tsunami təhlükəsi elan olunmayıb. Xatırladaq ki, aprelin 16-ı axşam saatlarında Ekvadorda 7,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar UTC vaxtı ilə 23:58-də qeydə alınıb. Zəlzələnin ocağı 20,2 km dərinlikdə yerləşib. Episentr Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə olub. Son məlumata əsasən, zəlzələ nəticəsində 602 nəfər ölüb.

tehsil-press.az

Oxşar xəbərlər