 Dekabrın 25-də Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus “Embraer 190” təyyarəsinin qalıqları hadisə yerindən götürülüb.
	  Dekabrın 25-də Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus “Embraer 190” təyyarəsinin qalıqları hadisə yerindən götürülüb.Bununla bağlı sosial şəbəkələrin Qazaxıstan seqmentində görüntülər yayılıb.
Təyyarənin qalıqlarının Aktaudan çıxarıldığı bildirilir.
Qeyd edək ki, 2024-cü il – 25 dekabrda AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən “Embraer E190AR” təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi etdi. Göyərtəsində 65 nəfərin olduğu təyyarədə 38 nəfər həyatını itirdi.
Tehsil-press.az
 
             
         
        
        



















 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	