Suriyanın yeni lideri qadın nazirin əlini sıxmadı

Suriyanın yeni lideri qadın nazirin əlini sıxmadı Suriyanın faktiki lideri Əhməd əl-Şara Almaniyanın xarici işlər naziri Annalena Berbokun əlini sıxmayıb.

Mediada yayılan görüntülərdə Əhməd əl-Şaranın Fransanın xarici işlər naziri Jan-Noel Barroya əl verib görüşsə də, Berbokla sadəcə əlini ürəyinə qoyaraq salamlaşdığı görülür.

"Bild" nəşri bunu qalmaqal adlandıraraq, Suriyanın faktiki lideri Əhməd əl-Şaranın həmişə qadınlarla əl sıxmaqdan çəkinən “sərt islamçı” olduğunu yazıb.

Tehsil-press.az

Oxşar xəbərlər