Bu dəfə “bələdiyyə sədri” olacaq

Bu dəfə “bələdiyyə sədri” olacaq Türkiyənin məşhur aktyoru Oktay Kaynarca yenidən seriala çəkilir.

“Ben bu cihana sığmazam” serialından sonra “Kim milyoner olmak ister?” proqramına aparıcılıq edən aktyor “Ev hapsi” serialında baş rolu canlandıracaq.

O, həm də prodüseri olduğu serialda korrupsiya və rüşvət iddiaları ilə ev dustaqlığında olan bələdiyyə sədri Aziz Saygını canlandıracaq.

Ssenari müəllifi Ercan Mehmet Erdemin yazdığı serial 8 bölüm olaraq “GAİN” platformasında yayımlanacaq.

Hadisələrin İstanbulda cərəyan edəcəyi serialda Oktay Kaynarca ilə yanaşı, Rojda Demirer, Kadriye Kenter, Hakan Boyav, İpek Çiçek, Hakan Karsak və başqaları da var.

Bu dəfə “bələdiyyə sədri” olacaq
Bu dəfə “bələdiyyə sədri” olacaq


Tehsil-press.az

Oxşar xəbərlər