“TEKNOFEST-2025”ə qatılmaq istəyən BDU tələbələrinin nəzərinə!

“TEKNOFEST-2025”ə qatılmaq istəyən BDU tələbələrinin nəzərinə! Gələcəyin texnologiyalarını kəşf etməyə və öz innovativ ideyalarını reallaşdırmağa hazırsan?

Dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “TEKNOFEST-2025” bu ilin sentyabr ayında Türkiyənin İstanbul şəhərində keçiriləcək. Festivalda komandalar 51 əsas, 117 alt kateqoriya üzrə yarışacaq.

Bakı Dövlət Universiteti (BDU) 2022-2024-cü illər ərzində 5 fərqli “TEKNOFEST” yarışmasında təmsil olunub. Bu illər ərzində BDU-nu təmsil edən tələbələrdən ibarət 48 komanda 20 kateqoriya üzrə “TEKNOFEST” yarışmalarında iştirak edib. Nəticədə BDU komandaları 6 dəfə “TEKNOFEST”in qalibi olub. 

Sən də “TEKNOFEST-2025” həyəcanını yaşamaq və texnologiya dünyasında iz buraxmaq istəyirsənsə, elə indi qeydiyyatdan keç!

Qeydiyyat: https://t3kys.com/tr/accounts/login/?next=/tr/

Ətraflı məlumat: https://teknofest.org/tr/

Əlaqə: +994 55 902 33 02

Tehsil-press.az

Oxşar xəbərlər