Mətləb Əsgərə vəzifə verildi

Mətləb Əsgərə vəzifə verildi Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Təhsil Texnologiyaları Mərkəzində yeni təyinat olub.

Bu barədə ARTİ-dən məlumat verilib.

Belə ki, Mətləb Əsgər ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzinə direktor müavini təyin olunub.

Mətləb Əsgər bakalavr təhsilini 2005-2009-cu illərdə Azərbaycan Kooperasiya Universitetinin “Dövlət və bələdiyyə idarəetməsi”, magistratura təhsilini isə İngiltərənin Leicester Universitetində “İnsan resurslarının və təlimlərin idarə edilməsi” ixtisası üzrə alıb.

O, 2012-2024-cü illərdə SOCAR-ın müxtəlif idarələrində insan resursları, işə qəbul, öyrənmə və təlimlərin idarə edilməsi sahələrində, 2024-cü ildə isə Yaponiyanın “SANKYU” şirkətində təlim üzrə menecer vəzifəsində çalışıb.

Bu günə kimi xaricdə sahəsi üzrə 20-dən çox beynəlxalq təlimdə iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər