Putin, Lukaşenko və Emoməli Rəhmon İlham Əliyevə zəng etdi

Putin, Lukaşenko və Emoməli Rəhmon İlham Əliyevə zəng etdi Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyanın Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng ediblər.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Səmimi və dostluq mühitində keçirilmiş telefon söhbəti zamanı prezidentlər dövlətlərarası münasibətlərin gələcək inkişafına dair fikir mübadiləsi aparıblar.

Vladimir Putin dövlətimizin başçısını Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənəli tədbirlərə dəvət edib.

Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.


Dövlət baçşıları Moskvada Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə görüşəcəkləri barədə razılaşıblar.

19:46

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Bu barədə Kreml məlumat yayıb.

Kremlin məlumatında həmçinin qeyd edilib ki, Rusiya, Belarus və Tacikistan prezidentləri Vladimir Putin, Aleksandr Lukaşenko və Emoməli Rəhmon arasında qeyri-rəsmi görüş keçirilib. Mayın 9-da Moskvada Böyük Vətən Müharibəsindəki Qələbənin 80 illiyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində görüş razılaşdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər