Ədliyyə Nazirliyi maraqlı xidmət təklif edir

Ədliyyə Nazirliyi maraqlı xidmət təklif edir Ədliyyə Nazirliyi tərəfindən istifadəyə verilən yeni elektron xidmət çərçivəsində fiziki və hüquqi şəxslər özlərinə məxsus sənədlərin qüvvədən düşməsi barədə operativ məlumatı əldə edəcəklər.

Nazirliyin mətbuat xidmətindən tehsil-press.az-a daxil olan xəbərdə bildirilir ki, bu xidmət vasitəsilə istifadəçilərin mobil telefonlarına onların şəxsiyyət və sürücülük vəsiqələrinin, pasportlarının, notariat qaydasında təsdiq edilmiş etibarnamələrinin və sair sənədlərinin qüvvədən düşməsi barədə qısa mesaj göndəriləcək.
Bununla yanaşı vətəndaşlar məhkəmə qərarlarının icra olunmaması ilə əlaqədar sərhədkeçməyə dair qadağaların qoyulması və onların aradan qaldırılması barədə informasiya alacaqlar.
Xidmətin abunəçisi olmaq üçün istifadəçi öz adına olan mobil telefonundan (operatorundan asılı olmayaraq) “ABUNE” sözünü qısa mesajla “9300” nömrəsinə göndərməlidir.


Tehsil-press.az

Oxşar xəbərlər