Vergilər Nazirliyinin Çağrı Mərkəzi canlı əlaqə zamanı 15 mindən çox sualı cavablandırıb

Vergilər Nazirliyinin Çağrı Mərkəzi canlı əlaqə zamanı 15 mindən çox sualı cavablandırıb 2016-cı ilin mart ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı 15 185 sual cavablandırılıb.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, müraciətlərin 21,96%-i qeydiyyat, 20,6%-i vergilərin növləri, 11,5%-i elektron xidmətlər, 11,06%-i vergi qanunvericiliyi, 11,01%-i hesabatlar və onların doldurulma qaydaları, qalanları isə digər məsələlər barədə olub.
Hesabat dövründə səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 3796 zəng daxil olub, 1993 zəng zamanı vergi borcu, 1803 zəng zamanı isə vergilərin növləri ilə bağlı məlumatlar verilib.
Vergiödəyicilərin məlumatlandırılması məqsədilə onlara 15 025 mesaj göndərilib. 2016-cı ilin mart ayında vergiödəyicilərə xidmət strukturları tərəfindən 29 495 nəfərə 42 990 sayda müxtəlif xidmətlər göstərilib.
Hesabat dövründə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 412 982 daxilolma qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 42,3 faiz çoxdur.

tehsil-press.az

Oxşar xəbərlər