Təyyarə qəzası ilə bağlı rəsmi açıqlama: 7 ölü

Təyyarə qəzası ilə bağlı rəsmi açıqlama: 7 ölü Qəza nəticəsində 2 nəfər - Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası Əfqanıstanda baş verən qəza barədə məlumat yayıb. AZAL-dan Tehsil-press.az-a verilən məlumata görə, Əfqanıstanın Dvayer hava limanında mayın 18-i yerli vaxtla təxminən saat 14:30-da "An-12" təyyarəsinin havaya qalxması zamanı aviasiya hadisəsi baş verib.
Təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülüb. Dvayerə Baqrandan (Əfqanıstan) gələn təyyarə yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşüb. Təyyarənin göyərtəsində yük olmayıb.

Təyyarənin göyərtəsində 9 ekipaj üzvü olub:
1. Şaydanov Rəşid Rəhmanoviç (Özbəkistan vətəndaşı), hava gəmisinin kapitanı, 1953-cü il təvəllüdlü
2. Abdullayev Altay Oqtay oğlu (Azərbaycan vətəndaşı), ikinci pilot, 1971-ci il təvəllüdlü
3. Əsədullayev Nazim Orucəli oğlu (Azərbaycan vətəndaşı), şturman, 1968-ci il təvəllüdlü
4. Rzayev Nadir Adıgözəl oğlu (Azərbaycan vətəndaşı), bortmühəndis, 1964-cü il təvəllüdlü
5. Şahverdiyev Firdovsi Şir oğlu (Azərbaycan vətəndaşı), radio-operator, 1964-cü il təvəllüdlü
6. Zülfiyev Azər Ağakişi oğlu (Azərbaycan vətəndaşı), bort operatoru, 1973-cü il təvəllüdlü
7. Zadnipryanets Ruslan Vladimiroviç (Ukrayna vətəndaşı), texnik, 1969-cu il təvəllüdlü
8.Qanja Andrey Nikolaeviç (Ukrayna vətəndaşı), texnik, 1955-ci il təvəllüdlü
9. Əliyev Rəmzi Mamudoviç (Ukrayna vətəndaşı), texnik, 1963-cü il təvəllüdlü

Əldə olan məlumata görə, hadisə nəticəsində texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası hadisənin araşdırılması üzrə komissiya yaradıb. Hazırda komissiyanın sədri - Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının şöbə rəisi Muxtar Kərimov və komissiya üzvləri hadisənin araşdırılmasında iştirak etmək üçün Dvayer hava limanına yola düşüb.
“Silk Way” aviaşirkəti təyyarə qəzasında həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.
12:20 / Ukrayna XİN-i məlumat yaydı.
Əfqanıstanda qəzaya uğrayan təyyarədə 11 nəfər ekipaj üzvi olub. Onlardan 9 nəfəri ölüb. Tehsil-press.az-ın məlumatına görə, bu barədə Ukrayana Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, onlardan 1-i kapitan Özbəkistan, 3 Ukrayna, 7 Azərbaycan vətəndaşı olub.
Ukrayna mətbuatında yer alan ilkin məlumata görə, təyyarə Gürcüstanın "Anham" şirkətinə məxsus olub. Lakin Azərbaycanın "Silk Way" şirkətində çarter reysi kimi fəaliyyət göstərib.
Məlumata görə, qəza nəticəsində 2 Ukrayna, 1 Özbəkistan, 6 Azərbaycan vətəndaşı ölüb. "1 Ukrayna vətəndaşı qospitaldadır. Onun vəziyyəti ağırdır".


Tehsil-press.az

Oxşar xəbərlər