Prezident İlham Əliyev I Ümumdünya Humanitar Sammitdə iştirak edir

Prezident İlham Əliyev I Ümumdünya Humanitar Sammitdə iştirak edir Azərbaycan Prezidenti İlham Əliyev tarixdə ilk dəfə İstanbulda keçirilən Ümumdünya Humanitar Sammitində iştirak edir.

Sammit BMT-nin baş katibi Pan Gi Munun təşəbbüsü və BMT-nin Humanitar məsələlərin əlaqələndirilməsi idarəsinin dəstəyi ilə keçirilir. Sammitdə 177 ölkənin nümayəndəsi, 125 dövlət və hökumət başçısı iştirak edir.
Tədbir BMT-nin baş katibi Pan Gi Mun və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın giriş nitqləri ilə başlayacaq. Sammitdə Almaniya Kansleri Angela Merkel, Ukrayna Prezidenti Petro Poroşenko, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Makedoniya Prezidenti George İvanov, Mali Prezidenti İbrahim Bubakar Keyt, Küveyt Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Niderlandın Baş naziri Mark Ryutte, Livanın Baş naziri Tammam Salam, digər ölkələrin liderləri iştirak edirlər. Həmçinin, Roma Papası Fransiskin sammit iştirakçılarına video-müraciəti səsləndiriləcək.
Sammitin gedişində humanitar yardım tədarüklərinin təşkili məsələlərinin müzakirə ediləcəyi yeddi "dəyirmi masa" iclası, 15 sessiya keçiriləcək.
Sammitə, həmçinin qeyri-hökumət təşkilatları, beynəlxalq humanitar strukturlar, özəl sektorun nümayəndələri dəvət edilib. Forumda ümumilikdə təqribən 6 000 nəfər iştirak edəcək. Sammitin məqsədi beynəlxalq humanitar sistemi gücləndirməkdir.
İstanbulun sammitin keçirilmə yeri kimi seçilməsi təsadüfi deyil, çünki Türkiyə daha çox qaçqın qəbul edib.
Sammit 23-24 may tarixlərində keçiriləcək.


Tehsil-press.az

Oxşar xəbərlər