ABŞ prezidenti Barak Obama mayın 27-də Yaponiyanın Xirosima şəhərinə səfər edəcək. Xatırladaq ki, bu şəhər 1945-ci ildə atom bombardmanına məruz qalıb. Tehsil-press.az bildirir ki, bu məlumatı Ağ Evdən veriblər. “Prezident Yaponiya baş naziri Abe ilə Xirosimaya tarixi səfər edəcək ki, dünyada nüvə silahı olmadan sülhün və təhlükəsizliyin tərəfdarı olduğunu bir daha qeyd etsin”, - məlumatda belə deyilir.
Tehsil-press.az
Tehsil-press.az