Polisi atəşə tutdular

Polisi atəşə tutdular Dağıstanın Şamil rayonu ərazisində silahlılar polis əməkdaşlarını atəşə tutublar.

Bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“Dağıstanın Şamil rayonunda silahlılar retranslyasiya qülləsinə atəş açıblar. Silahlılar hadisə yerinə gələn polis əməkdaşlarını da atəşə tutublar”, - deyə mənbə bildirib. Hazırda hücum edən şəxslərin axtarışları davam etdirilir. Retranslyasiya qülləsində partlayıcı qurğunun olub-olmaması yoxlanılır.


Tehsil-press.az

Oxşar xəbərlər