Ermənilər Tərtər şəhərini atəşə tutublar

Ermənilər Tərtər şəhərini atəşə tutublar Ermənistan silahlı bölmələri saat 23.30-dan başlayaraq təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmağa başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı virtualaz.org-a deyib ki, düşmən Tərtər rayonunun Qapanlı, Qəzyan kəndlərini və Tərtər şəhərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutur.
“Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir”, - deyə Dərgahlı bildirir.

tehsil-press.az

Oxşar xəbərlər