Kosmik hadisə iyunun 12-nə kimi davam edəcək.
Son on il ərzində ilk dəfə olaraq, bu həftə Mars Yerə maksimum yaxınlaşacaq və planetlər arasındakı məsafə 76 milyon kilometr təşkil edəcək.
Planetlərin bu şəkildə yerləşməsi iyunun 12-dək davam edəcək. Planetlər arasında ən yaxın məsafə isə mayın 30-da olacaq. 13 il əvvəl Marsla Yer arasında məsafə 56 milyon kilometrdən də az olub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov bildirib ki, Mars və Yer Günəş ətrafında elektrik orbit üzrə hərəkət edir. Ona görə də onun Yerə yaxınlaşan, uzaqlaşan periodu olur. Belə zamanlarda Yerin səthində qravitasiya qüvvəsi çoxala bilər.
AMEA-nın Fiziologiya İnstitutunun direktor müavini Əhməd Hacıyev bildirib ki, Mars planetinin Yerə yaxınlaşıb uzaqlaşması təbii prosesdir. Yerlə Marsın qarşıdurmaları hər iki ildən bir, maksimal yaxınlaşma isə təxminən 15 ildən bir baş verir: "Mars planetinin Yerə yaxınlaşmasının insan orqanizminə olan təsiri ilə bağlı tədqiqatları haqqında məlumatlar mənə məlum deyil. Marsın yaxınlaşması ilə qravitasiyada müəyyən dəyişikliklər olarsa, bunun elmi əsası ola bilər. Belə məsələlər, məsələn, çəkisizlik, hipokineziya, hipodinamiya ilə bağlı fizioloji tədqiqatlar aparılır və onların nəticələri məlumdur. Bunların orqanizmə, funksional sistemlərə mənfi təsirləri var, orqanizm müəyyən həddə qədər bu şəraitlərə adaptasiya oluna bilir".
Ə.Hacıyevin fikrincə, planetlərin yaxınlaşması, "dünyanın sonu" və bu kimi belə informasiyaların yayılması insanlarda həyəcan, qorxu yaradır: "Müxtəlif xəstəlikləri, xüsusilə sinir sisteminin pozulmaları olan insanlar üçün belə xəstəliklərin ziyanının olması şübhəsizdir. Bu nöqteyi-nəzərdən belə xəbərlərin, oxşar təbiət hadisələrinin şərhində elmi əsasları olmayan fikirlərin yayılması düzgün deyil"
Tehsil-press.az