Bir vəkilin fəaliyyətinə xitam verildi

Bir vəkilin fəaliyyətinə xitam verildi Vəkillər Kollegiyası intizam pozuntularına görə bir neçə vəkilə tədbir görüb.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra vəkillərlə bağlı intizam tənbehi tədbirləri barədə qərarlar qəbul edilib.

Belə ki, yol verdikləri intizam pozuntularına görə 6 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib, 5 vəkilə irad tutulub.

Bundan əlavə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, bir vəkilin fəaliyyətinə xitam verilib.

Tehsil-press.az

Oxşar xəbərlər