MİQ üzrə daha min vakant yer təqdim ediləcək

MİQ üzrə daha min vakant yer təqdim ediləcək MİQ üzrə müsabiqənin digər mərhələsi avqustun 22-dən həyata keçiriləcək.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dair jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu mərhələdə azsaatlı vakant yerlər birləşdirilərək təqdim olunacaq. Bunun məqsədi müəllimlər üçün daha yüksək məvacibin verilməsidir:

"Birləşdirilmiş vakant yerlərin sayı 1000-ə yaxındır. Bu vakant yerlər müxtəlif regionları əhatə edəcək".

Tehsil-press.az

Oxşar xəbərlər