ŞOK XƏBƏRDARLIQ! Rusiya kəşfiyyat gəmisi həmin məkanı çəkib

ŞOK XƏBƏRDARLIQ! Rusiya kəşfiyyat gəmisi həmin məkanı çəkib Britaniyalı ekspertlər ölkənin sualtı infrastrukturu ilə bağlı milli təhlükəsizliyə artan təhlükə barədə xəbərdarlıq edirlər.

Sky News-un məlumatına görə, Rusiya Böyük Britaniyanı Avropa ilə birləşdirən kritik kabellərin yerləşdiyi yerin “olduqca dəqiq xəritəsi”nə malikdir.

Rusiyaya məxsus “Yantar” tədqiqat gəmisinin Britaniya sularında Britaniya hərbi gəmisinin müşayiəti ilə görünməsi xüsusi narahatlıq yaradıb.

Britaniya Müdafiə naziri Con Hilinin sözlərinə görə, gəmi Rusiya kəşfiyyatı tərəfindən sualtı infrastruktura dair məlumatların toplanması üçün istifadə olunur.

Bundan əlavə, mütəxəssislər bu kabellərin yaxınlığında Rusiya pilotsuz sualtı maşınlarının fəaliyyətini qeydə alıblar.

Təhlilçilər hesab edirlər ki, Moskva son bir neçə il ərzində gizli şəkildə Qərb şəbəkələrinin, o cümlədən qapalı hərbi obyektlərin müfəssəl xəritələrini tərtib edir.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) məlumatına görə, dünyada internet trafikinin təxminən 95%-i sualtı kabellərdən keçir və onlar vasitəsilə maliyyə əməliyyatlarının həcmi gündəlik 10 trilyon dollara çatır.

Bu infrastruktura hər hansı ziyan ciddi iqtisadi və texnoloji pozulmalara səbəb ola bilər.

Tehsil-press.az


Oxşar xəbərlər