Almaniya İrana qarşı mümkün hərbi əməliyyatlara qoşulma məsələsini ciddi şəkildə nəzərdən keçirir.Bu barədə alman mənbələri iddia irəli sürüb.
Mənbələrin bildirdiyinə görə, Almaniya artıq ABŞ ilə birgə planlaşdırma prosesində iştirak edir. Berlin ya birbaşa bombardman əməliyyatlarına qoşula, ya da hərbi dəstək göstərə bilər.
Berlin İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək və bunun üçün zəruri resurslara malik deyil.
Bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful açıqlama verib.
O, İsrail Müdafiə Qüvvələrinin rəsmi radiosunda yayılan Almaniya qoşunlarının mümkün iştirakı ilə bağlı xəbəri təkzib edib.
Nazir bildirib ki, Almaniya qoşun göndərməyəcək, döyüş əməliyyatları planlaşdırmır və münaqişənin eskalasiyası ilə bağlı narahatlığını saxlayır.
Qeyd edək ki, bundan əvvəl Almaniyanın İrana qarşı müharibəyə qoşulma ehtimalını nəzərdən keçirdiyi bildirilmişdi.
Tehsil-press.az


















