Proqram çərçivəsində tələbələr Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə nəzəri və praktiki biliklər əldə edəcəklər:
GNSS peyk sistemlərinə və siqnallarına giriş
Mövqeyin dəqiqliyi, GNSS səhvləri və ölçmə üsulları
GNSS tətbiqləri (məsələn, nəqliyyatda tıxacların monitorinqi)
RTKLIB proqramının istifadəsi və praktiki məşğələlər
Qəbuledici qurğuların sazlanması və real məlumatların emalı
Dəqiqlik analizi, yekun müzakirə və Q&A sessiyası
İştirak üçün meyarlar:
BDU-nun bütün təhsil pillələrində təhsilalanlar üçün açıqdır
Coğrafiya, Geodeziya, Geofizika, Yer elmləri, Mühəndislik, Fizika, Riyaziyyat və tətbiqi riyaziyyat, informatika, data elmləri və əlaqəli ixtisas və ixtisaslaşmalarda təhsilalanlar üstünlük təşkil edəcək
Yüksək akademik göstəricilər
GNSS, peyk texnologiyaları və məkan tətbiqlərinə maraq
Təlimlərin bütün sessiyalarında aktiv iştirak etmək və ingilis dilində dərsləri izləmək bacarığı
Təlim haqqında məlumat:
Tarixlər: 7, 8 və 11 oktyabr 2025-ci il
Format: Onlayn (“Zoom” platforması vasitəsilə)
Təşkilatçılar: Bakı Dövlət Universiteti, Tokio Universiteti (CSIS)
Maraqlanan tələbələr iştirak üçün 3 oktyabr tarixinədək təhsil aldıqları fakültələrin dekanlığına yaxınlaşa bilərlər.
Tehsil-press.az