BMT-nin Kosmos Məsələləri üzrə Ofisi və BDU tərəfindən keçiriləcək beynəlxalq tədbirə qeydiyyat başa çatır

BMT-nin Kosmos Məsələləri üzrə Ofisi və BDU tərəfindən keçiriləcək beynəlxalq tədbirə qeydiyyat başa çatır Oktyabrın 31–dən noyabrın 4-dək BMT-nin Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) və Bakı Dövlət Universiteti (BDU) tərəfindən keçiriləcək “Beynəlxalq kosmik hava təşəbbüsü: Günəş, kosmik hava və geosfer üzrə BMT/Azərbaycan işçi seminarı” (United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere) adlı beynəlxalq tədbirə qeydiyyat avqustun 15-də başa çatacaq.
Bakı şəhərində keçiriləcək yüksək səviyyəli tədbirə Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitə (ICG) də dəstək göstərəcək.

Tehsil-press.az


Oxşar xəbərlər